Hadisə Sabunçu rayonu ərazisində baş verib.
"Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Əfsanə Əlizadə adlı qadın keçmiş həyat yoldaşından Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə şikayət edib. Qadın ərizəsində göstərib ki, keçmiş həyat yoldaşı Zahid Əliyev idarə etdiyi avtomobil ilə qəsdən anası, 1957-ci il təvəllüdlü Fərqanəni vurub.
Ağır bədən xəsarəti alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Məlum olub ki, zərərçəkmişin bədəninin bir neçə yerində sınıq xəsarətləri var.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Z.Əliyev bölməyə çağırılaraq izahatı alınıb və qadını qəsdən vurduğunu etiraf edib.
Aktual.az Xəbər 371 dəfə oxunub.