Kürdəmir rayonunda evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlanıb.
"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə aprelin 7-də şəhər ərazisində qeydə alınıb.
Belə ki, Kürdəmir şəhər sakini Şəbnəm Sehran qızı Ələkbərova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin yaşadığı evdən ona məxsus 1250 manat dəyərində qızıl-zinət və bəzək əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini Ağsu şəhər sakini, 1987 ci il təvəllüdlü Dadaşov Orxan Xanqulu oğlunun törətdiyi məlum olub. Şübhəli şəxs saxlanılaraq maddi sübutla birlikdə istintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 209 dəfə oxunub.