Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 8 gün əvvəl Kür çayının kənarında əmisi tərəfindən velosipedi aşkar edilən Bıçaqçı kənd sakini, 2006-cı il təvəllüdlü Kənan Sabir oğlu Səmədovun meyiti çayda batdığı yerdən təxminən 100 metr aralıda yerli sakinlər tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Aktual.az Xəbər 517 dəfə oxunub.