Kürdə batan 13 yaşlı uşağın meyiti tapıldı

Kürdə batan 13 yaşlı uşağın meyiti tapıldı

Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batan 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb. T.Əhmədlinin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 10 km aralıda, Hacıqabul rayonu Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Aktual.az

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR