Respublikanın dörd rayonu ərazisindən yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Todan kəndi ərazisindən ümumi çəkisi 4 ton 300 kiloqram olan 5846 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Pərizamanlı kəndi ərazisindən ümumi çəkisi 830 kiloqram olan 983 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Xanlıqlar kəndi ərazisindən ümumi çəkisi 1 ton 695 kiloqram olan 7365 ədəd, Zaqatala RPŞ əməkdaşları tərəfindən Bəhmədli kəndi ərazisindən ümumi çəkisi 210 kiloqram olan 255 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilmişdir.