Külli miqdarda aksesuar müsadirə edildi - Gömrükdə

Külli miqdarda aksesuar müsadirə edildi - Gömrükdə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan Respublikası vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksesuarları - LCD ekranlar və telefon üzlükləri (kaburaları) daxil olub. Lakin mallara rentgen aparatıyla baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6930 ədəd yaddaş kartı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR