"Mehribanlıq səadətdir", - deyib böyük ailədə xoşbəxlik axtaranları məyus etsək də, alimlərin qənaəti belədir. Onlar 43 ölkədən 20 min ailə üzərində araşdırma aparıblar. Məlum olub ki, az üzvlü ailələrdə insanlar daha dinc, tox və geniş şəraitdə yaşadığı üçün gərgin anlar yaşamır, stress az keçirirlər. Ona görə də ömürləri uzun olur.
Alimlər bildirirlər ki, insan gənc yaşda buna əhəmiyyət verməsə də, yaşlı adamlar bunu daha çox hiss edirlər. Xüsusən də evdə sonradan qurulan qohumluqların (gəlin, kürəkən) olması yaşlı valideynlərin səhhətinə pis təsir edir.
Amma orta yaşlı valiseynlər də sadalananlardan sığortalanmayıblar. Çox uşaqları olan adamlar, üstəlik evdə digər yaxın qohumlar da yaşayırsa, vaxtlı-vaxtında cinsi yaxınlıq qura bilmirlər. Bu da səhhətə mənfi təsir göstərir. Böyük ailələrdə qadın həyat yoldaşı olmaqdan çox ana, müəllimə ev sahibi, aşpaz, qulluqçu, dayə rolundadır. Həyat yoldaşı vəzifəsinə gəldikdə isə həddən artıq yorğun düşən qadını yuxudan başqa heç nə maraqlandırmır. Üstəlik övladları yanında cütlük bir-birinə xoş sözlər deməyə utanırlar. Halbuki orta yaşlarda intim əlaqə cavan yaşlardan daha vacibdir. Çünki cinsi akt ürək-damar problemlərini aradan qaldırmağa kömək edir. Az intim münasibəti olan kişilərdə miokard infarktı, qadınlarda isə damar xəstəliklərinə sıx rast gəlinir. (publika.az)