Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba oğlunu müharibəyə getməkdən çəkindirib, amma Gürcüstandan Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını tələb edib.
Aktual.az xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.
"Təbii ki, keçmiş yüksək rütbəli məmur Kulebanın oğlunu könüllü kimi müharibədə iştirakdan necə çəkindirdiyini, başqa adamların isə saxlanılaraq birbaşa cəbhəyə göndərilməsini dinləmək çox çətindir. Eyni zamanda bizdən birbaşa çarter reysləri təyin etməyi (gürcü könüllülərini Ukraynaya daşımaq üçün) tələb etdilər ki, bu da müharibəyə qoşulmaq çağırışı idi. Bu gün Ukraynada baş verənlər fəlakətdir”, - Kaladze bildirib.
Xəbər 70 dəfə oxunub.