Gəncədə qadın meyiti aşkarlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində təxminən 60-65 yaşlarında qadın meyiti aşkarlanıb. İlkin məlumata görə, qadın təmizlik idarəsinin işçisi olub və o yolu süpürən zaman avtomobil onu vurub. Qadının kimliyi və onu vuran avtomobil hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 413 dəfə oxunub.