Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir
  • DÜNYA

Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi bərpa olunacaq.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müvafiq razılıq dekabrın 16-da Vaşinqtonda əldə edilib.

Razılaşma hər iki ölkənin aviaşirkətlərinə hava əlaqəsinin bərpasına dair danışıqlara başlamağa imkan verəcək. Məlumata görə, bu proses bir neçə ay çəkə bilər.

Xatırladaq ki, 2015-ci il, dekabrın 17-də ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin tam bərpa edilməsi və Havanada ABŞ səfirliyinin açılması barədə sənəd imzalamışdı. 2016-cı ilin iyulunda isə dövlət katibi Con Kerri Kubada açılmış yeni ABŞ səfirliyinin binası üzərində dövlət bayrağının qaldırılması mərasimində iştirak etmişdi.

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR