Çexiyanın Maliyyə Nazirliyi Kubanın "soyuq müharibə” dövründən qalan 276 milyon dollar borcu Kuba romu ilə ödəmək kimi qeyri-adi təklif alıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb.
Çexiyanın maliyyə nazir Mixail Zurovetsin məlumatına görə, müvafiq təklif ölkəyə Kuba hakimiyyəti tərəfindən edilib.
Əgər bu təklifi çex tərəfi qəbul edərsə, ölkə Kuba romunu bir əsrdən uzun müddət ərzində pulsuz ala bilər.
Zurovets isə öz növbəsində bildirib ki, Çexiya bu borcun heç olmasa, qismən nağd ödənilməsinə çalışacaq.
Daha öncə Cənubi Koreyanın Çexiyaya olan borcunu jenşen ilə ödəmək istədiyinə dair məlumat yayılmışdı.
Aktual.az
Xəbər 640 dəfə oxunub.