KTMT Minskdə toplanır: Nələr müzakirə ediləcək?

KTMT Minskdə toplanır: Nələr müzakirə ediləcək?

KTMT ölkələrinin müdafiə nazirləri bu gün Minskdə koalisiya əməkdaşlığı məsələlərini müzakirə edəcəklər.
Aktual.az xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.
"İclas iştirakçıları KTMT-yə üzv ölkələrin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, habelə böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər”, - o bildirib.
Zaynetdinov qeyd edib ki, görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq-nəzarət orqanlarının, birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıq və s. ilə bağlı sənədlərə baxılması planlaşdırılır.
Qeyd edək ki, Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə keçiriləcək iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov iştirak edəcək.
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR