Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.
Aktual.az xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahı məlumat yayıb.
Məlumata görə, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin missiya qrupunun iclası keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov müvafiq təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.
Ermənistan Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.
Xəbər 346 dəfə oxunub.