Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin təşkilata üzvlüyündən çıxa bilməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Aktual.az xəbər verir ki, KTMT Katibliyi Paşinyanın bəyanatları fonunda Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qalmasından çıxış etdiyini açıqlayıb.
Qeyd edək ki, Paşinyan bu gün parlamentdə çıxışı zamanı KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti məntiqi addımın Ermənistanın bu təşkilatdan çıxması olacağını söyləyib. O, bununla bağlı hökumətin qərar verəcəyini deyib.
Xəbər 524 dəfə oxunub.