Körpəni "Facebook"da 250 dollara satdılar

Körpəni
  • DÜNYA

Məsələ ilə bağlı araşdırmalar aparılır

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Boliviyada iki qadın insan alverində ittiham edilərək saxlanılıb.

Onlar 1,5 aylıq qız uşağının 250 ABŞ dollarına satılmasından ittiham olunurlar. Cinayət əməlini həyata keçirmək üçün onlar "Facebook" sosial şəbəkəsində elan yerləşdiriblər. Fahişəliklə məşğul olan 32 yaşlı ana uşağın atasının kim olduğunu bilmədiyi üçün pul qazanmaq istəyib.

Alıcı isə sevgilisini qaytarmaq üçün körpəni onların övladı kimi təqdim etmək istəyən 18 yaşlı xanım olub. Kişi isə hər şeydən xəbərdar olandan sonra polisə müraciət edib.

Məsələ ilə bağlı araşdırmalar aparılır.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR