Körpələrə Ömər adı Məhəmməd adından daha çox verilir

Körpələrə Ömər adı Məhəmməd adından daha çox verilir

Son beş ildə Azərbaycanda uşaqlara verilən adlar siyahısında Ömər adı Məhəmməd adını üstələyib.


Aktua.az xəbər verir ki, "Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, son beş ildə doğulan oğlan uşaqlarından 7300-nə Ömər, 7235-nə isə Məhəmməd adı qoyulub.
Əgər 2011-ci ildə doğulan 1424 körpəyə Ömər adı verilmişdisə, 2015-ci ildə bu rəqəm 1672 olub.
2011-ci ildə 1920, ötən il isə 1492 körpəyə Məhəmməd adı verilib.
Son beş ildə doğulan uşaqlardan 16756-sı Yusif, 16126-sı Zəhra, 12238-i Nuray, 11660 nəfəri Fatimə, 11526-sı Hüseyn, 11362-si Əli, 7769-u Aylin, 7653-ü Ayan, 7506-sı Zeynəb, 7300 nəfəri isə Ömər adlandırılıb.
Qeyd edək ki, Məhəmməd adı ən çox qoyulan adlar arasında 11-ci sırada olub.

Xəbər 849 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR