Kriştianu Ronaldu "mavi"likdə suçlandı - FOTO

Kriştianu Ronaldu
  • DÜNYA

İspaniyanın "Real" (Madrid) klubu və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu həftədə 4 dəfə Mərakeşə yollanaraq yaxın dostu, kikboksçu Bədr Hari ilə görüşür.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, həftənin bazar ertəsindən cümə axşamınadək "Real"da gərgin məşqlər olur. Məşqlərdən sonra Ronaldu özəl reaktiv təyyarəsi ilə Mərakeşin paytaxtı Rabata yollanır. Kriştianu Madridə gecə saatlarında qayıdır ki, "Santyaqo Bernabeu" stadionunda komandanın səhər məşqlərinə çata bilsin.
Fransanın Extra Confidential jurnalı yazır ki, bununla bağlı olaraq portuqaliyalı futbolçu Bədr Hari ilə homoseksual əlaqələrdə suçlanıb.

"Kral klubu"nun rəhbərliyi futbolçunun Mərakeşə mütəmadi səfərlərindən narahatdır. "Real" bosslarının fikrincə, Kriştianu Ronaldu klubla imzaladığı müqavilənin şərtlərini pozmasa da, intensiv uçuşlar oyunçunun durumuna və matçlara hazırlıq səviyyəsinə pis təsir edir.
Harinin qucağındakı Ronaldunun ilk fotosu portuqal ulduzun İnstagram-dakı profilində oktyabr ayında peyda olmuşdu.
Fotolardan birində isə Hari zarafatla yazmışdı: "Ronaldu ilə evlənmişik".
Bu ilin yanvarında K.Ronaldu nişanlısından, tatar supermodel İrina Şeykdən ayrılmışdı.

Xəbər 655 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR