Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman Ronaldunun kluba gəlmə ehtimalı barədə danışıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, Orman bildirib ki, Ronaldu özü də "Beşiktaş"da oynamaq istəyir:
"Ronaldunun 2 komanda yoldaşı Pepe və Kuareşma bizdə oynayır. Ronaldunu da almaq istəyərdim. O özü də "Beşiktaş"a gəlmək istəyir, biz də gəlməsini istəyirik. Ancaq bu işlər nəsib, qismətdir".
Xəbər 482 dəfə oxunub.