Vergidən yayınmaqda günahlandırılan məşhur futbolçu Kriştiano Ronaldo məhkəməyə çıxarılıb.
Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, futbolçunun 2010-cu ildən bu günədək 14 milyon 700 min avro vergi borcunun olduğu iddia edilir. Günahı sübuta yetirilərsə, Ronaldonu 3 il müddətinə həbs və 28 milyon avro cərimə gözləyir.
"Forbes” jurnalının araşdırmalarına görə, ildə 79 milyon avro gəliri olan Ronaldo dünyanın ən çox qazanan futbolçusudur.
Aktual.az
Xəbər 431 dəfə oxunub.