Kriminal avtoritet intihar etdi

Kriminal avtoritet intihar etdi

Rusiyanın cəzaçəkmə müəssisələrinin birində kriminal avtoritet özünü öldürüb. 

Bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Hadisə Çitada qeydə alınıb. Zabaykalye kriminal dəstəsinin rəhbəri hesab edilən Konstantin Dubinnikov özünü asıb. 

Bu faktı hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiq edib.

Dubinnikov cinayət aləmində “Kostya-tatarin” kimi tanınıb. 

Onun hesabında 12 ölüm, 30-dan çox qarət hadisələri var. 

Konstantin 2006-cı ildən 2010-cu ilədək kriminal dəstəyə rəhbərlik edib.(AZNEWS.AZ) 

Xəbər 2017 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR