Kriminal avtoritet azərbaycanlı biznesmeni niyə diri-diri basdırdı? - TƏFƏRRÜAT

Kriminal avtoritet azərbaycanlı biznesmeni niyə diri-diri basdırdı? - TƏFƏRRÜAT

Moskvada diri-diri basdıralan azərbaycanlı iş аdamı Hikmət Salayevin başına gələnlərlə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın məlumatına görə, əslində Salayevin şəriklərinə 1 milyon 500 min rubl borcu olub. Bu borcu isə şərikləri ona yox, əmisi oğluna veriblərmiş. Amma əmisi oğlu həmin borcu qaytarmadığından şərikləri Hikmətə müraciət ediblər. Hikmət isə yaxın zamanda borcu qaytara bilməyəcəyini bildirib. Bundan sonra pul sahibləri "Prokladka” ləqəbli "qanuni oğru”ya müraciət ediblər və onunla görüş təyin ediblər. Hikmət görüşə gedəndə məlum olub ki, "Prokladka” tək deyil. Onunla birgə 30-dək silahlı şəxs də Hikməti gözləyir.
"Qanuni oğru” Hikmətlə qısa söhbətdən sonra ona xərac qoyub. Hikmətə bildirilib ki, artıq onun borcu 1 milyon 500 min yox, 30 milyon rubldur.
Hikmət bu qədər pulu vermək iqtidarında olmadığını deyib. Cavabında isə onu Lyubersk rayon qəbiristanlığana apırıb basdırıblar. Hikmət quldurların onu diri-diri basdıracaqlarını görüb qardaşına zəng etmək istədiyini bildirib.
Bir saatdan sonra onun qardaşı bir milyon pul və iki bahalı avtomobil gətirərək quldurlara verib. Bundan sonra Himkəti azad buraxılıb.
Banditlərin əlindən qurtulan Salayev Moskva şəhəri "Marğinskiy Park” polis idarəsinə üz tutub və baş verənlərlə bağlı ərizə yazıb. Polis isə onun ərizəsini qəbul etməyib. Ona beləcə də deyilib: "Siz azərbaycanlılar, gedin, öz problemlərinizi özünün bildiyiniz kimi həll edin”. Bundan sonra Salayev Federal Təhlükəsizlik Xidmətinə müraciət edir. Aparılan əməliyat nəticəsində onun şəriklərindən biri saxlanılıb.
Hazırda faktla bağlı araşdırma gedir.
***
Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb.
Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərikləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.

Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər.

Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib. (lent.az)

Xəbər 2330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR