Körfəz ölkələri bu ehtimalı nəzərdən keçirir - FT

Körfəz ölkələri bu ehtimalı nəzərdən keçirir - FT

Körfəzi ölkələri İran ətrafındakı gərginlik fonunda Hörmüz boğazına alternativ neft kəmərlərinin tikintisi ehtimalını nəzərdən keçirirlər.
Aktual.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" (FT) yazıb.
Nəşr qeyd edib ki, yeni marşrutlar boğazdan asılılığı azalda bilər, lakin bu layihələrin həyata keçirilməsi baha başa gələcək və illər çəkəcək.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri də daxil olmaqla, mövcud neft kəmərlərinin fəaliyyətinin genişləndirilməsi də müzakirə edilir.
Nəşr bildirib ki, əvvəllər bu kimi layihələr yüksək xərc və çətinliklər səbəbindən təxirə salınırdı, amma hazırkı böhran alternativ ixrac marşrutlarına marağı artırıb.
Qərarlar isə Hörmüz boğazı ətrafındakı gərginliyin necə davam edəcəyindən asılı olacaq.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR