Cənubi Qafqaz ölkələri digər ölkələrlə münasibətlərini qurmaq hüququna malik suveren dövlətlərdir.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfəri ilə bağlı deyib.
Bunlar suveren dövlətlərdir və digər ölkələrlə münasibətlərini qurmaq üçün suveren hüquqları var. Eyni zamanda, həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən geniş ikitərəfli münasibətlərimiz mövcuddur”, - Peskov bildirib.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens hazırda Bakıda rəsmi səfərdədir.
Xəbər 54 dəfə oxunub.