Kremldən Trampın “məhv etdim” iddiasına reaksiya

Kremldən Trampın “məhv etdim” iddiasına reaksiya
  • DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Şimal axını” ilə bağlı son bəyanatları seçki yarışının qızğın vaxtında verilib.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu seçki yarışının qızğın vaxtında qeyd edilən açıqlamaları eşidirik. Bunu anlamaq çətindir, bəlkə də sualınızı bu namizədin seçki qərargahına ünvanlamağınız məntiqlidir”, - o bildirib.
Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Karlsona müsahibəsində deyib ki, "Şimal axını 2” qaz kəməri layihəsini məhv edən məhz odur.
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR