Kremldən sərt tapşırıq: Nə edirsiniz-edin...

Kremldən sərt tapşırıq: Nə edirsiniz-edin...
  • DÜNYA

Rusiyanın regional rəhbərlərin prioritet vəzifəsi xüsusi hərbi əməliyyat zonasına könüllülərin cəlb edilməsi planlarının həyata keçirilməsidir. Bu məsələyə şəxsən Dmitri Medvedyev və prezidentin federal dairələrdəki səlahiyyətli nümayəndələri nəzarət edirlər.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyanın "Nezıqar” Teleqram kanalı məlumat yayıb.
Səlahiyyətli nümayəndələr mütəmadi olaraq bölgələrə səfərlər edir, vəziyyətə xüsusi diqqət yetirirlər. Əgər rayon göstəricilərdən geri qalırsa, səlahiyyətli nümayəndənin səfəri istər-istəməz ciddi təhlilə çevrilir. Yanaşma son dərəcə sərtdir: "Nə edirsiniz edin, amma plan yerinə yetirilməlidir”.
Kanalın mənbəsinin məlumatına görə, 2022-2023-cü illərlə müqayisədə könüllülərin tempinin azalması müşahidə olunur. Hətta bu məsələdə öndə olan Krım, Başqırdıstan, Tatarıstan, Stavropol, Rostov kimi regionlar indi geri qalmağa başlayıblar:
"İlkin mərhələdə kənd yerlərindən və kiçik şəhərlərdən könüllülərin cəlb edilməsinə xüsusi diqqət yetirilirdi. Lakin bu ərazilərdə əhəmiyyətli dərəcədə azalma müşahidə olunur”.
Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR