Macarlar seçimlərini ediblər. Biz bu seçimə hörmətlə yanaşırıq.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov deyib.
"Macarıstanın yeni rəhbərliyi ilə çox praqmatik əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, - o bildirib.
Peskov əlavə edib ki, dialoq həm Moskva, həm də Budapeşt üçün faydalı olacaq və Kreml bütün Avropa ölkələri kimi Macarıstanla da yaxşı münasibətlər qurmaqda maraqlıdır.
Qeyd edək ki, Macarıstanda 12 apreldə baş tutan parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın koalisiyası uduzub və müxalif Peter Magyarın rəhbərlik etdiyi Tisa Partiyası qalib gəlib.
Xəbər 52 dəfə oxunub.