Kremldən İrəvana xatırlatma: Milyardların əvəzində...

Kremldən İrəvana xatırlatma: Milyardların əvəzində...
  • DÜNYA

Ermənistan hakimiyyəti Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı məhdudlaşdırmağa başlayıb.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"İqtisadiyyat bir şeyi - insanların, şirkətlərin, bizneslərin əlaqələrin yaxınlaşmasında və möhkəmlənməsində marağı olduğunu göstərir, amma nədənsə, siyasi üstqurum bunun tam əksini edir. Rusiya tam formatlı əməkdaşlığı bərpa etməkdə, manipulyativ ritorikadan tamhüquqlu qarşılıqlı əlaqəyə keçiddə maraqlıdır. İrəvanın ritorikasından belə bir təəssürat yaranır ki, Aİİ və KTMT-yə eyni ölkələr daxil deyil, axı bu birliklərin onurğa sütunu eynidir”, - Zaxarova bildirib.
Rusiya XİN rəsmisi qeyd edib ki, KTMT ilə bağlı dezinformasiya Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən yayılır və KTMT-nin Ermənistanı müdafiə etməməsi ilə bağlı deyilənlər doğru deyil:
"KTMT-nin Ermənistanı müdafiə etməkdən imtina etməsi bəhanəsi ilə ölkə rəhbərliyi Rusiya ilə siyasi dialoqu məhdudlaşdırıb. İrəvan daima əməkdaşlığı azaldır. Bunun əksinə olaraq, Ermənistan sürətlə Qərbə yaxınlaşmağa başladı. Bütün bunlarda bir növ manipulyasiya var”.
Onun sözlərinə görə, Qərb İrəvanın beynəlxalq siyasətinə təzyiq göstərməyə çalışır və bunu Qərb rəsmilərinin Ermənistanı Rusiyadan qoparmaq cəhdləri ilə bağlı bəyanatları da təsdiqləyir.
Qeyd edək ki, 2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 7,4 milyarda qalxıb. 2024-cü ilin 6 ayında isə bu dövriyyə kəskin artaraq, 8,4 milyarda çatıb.
Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində müstəsna rol oynayır və külli miqdarda qanunsuz vəsaitlər əldə edir. KTMT-yə aid "tənqidləri” səbəbindən isə ABŞ və AB Ermənistanın bu qanunsuz sanksiya dəlinmələri siyasətinə göz yumur.
Zaxarova bu açıqlaması ilə Ermənistanın Rusiyadan milyardlar qazanıb, Rusiyanın rəhbəri olduğu hərbi ittifaqı "tənqid etməsi”ni normal olmadığını dolayısı ilə ifadə edib.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR