Kreml razılaşdı, Vardanyan uzaqlaşdırılır

Kreml razılaşdı, Vardanyan uzaqlaşdırılır

Xankəndidəki separatçı rejim üzvləri arasında gərginlik davam edir. Yaxın vaxtlarda "kadr” dəyişiklikləri baş verəcək. Artıq Ruben Vardanyanın "vəzifədən” uzaqlaşdırılması qaçılmazdır.
Aktual.az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu dəyişikliyə Rusiyanın da razılığı var. Belə ki, Kreml separatçılar arasındakı gərginlik fonunda Qarabağ ermənilərinə vəziyyəti özlərinin həll etməsini təklif edib:
"Qarabağ "hakimiyyəti” və "siyasi qüvvələri” Ermənistan hakimiyyətindən fərqli olaraq, qarşıdurmadan çox kompromis həllər və konsensusa üstünlük verir. Vəziyyətin "konstitusiya dəyişikliyi” ilə həlli variantının müzakirə olunmasının səbəbi də budur”.
Xəbər 979 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR