Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün dəvət edilən xarici liderlərin sayı Kazanda keçirilən BRİKS sammitində mötəbər qonaqların sayı ilə müqayisə oluna bilər.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Deyə bilərəm ki, çoxlu sayda dəvət olub. Dəvət olunanların sayı isə əslində Kazanda baş tutan sammitlə müqayisə oluna bilər”, - o bildirib.
Peskov dəvət göndərilənlər arasında Qərb dövlətlərinin liderlərinin olub-olmadığını dəqiqləşdirməyib:
"Hər şeyi sizə xəbər verəcəyik”.
Xəbər 56 dəfə oxunub.