“Moskva bütün ölkələrlə münasibət qurur”.
Kremldə NATO-nun Rusiya sərhədlərində hərbi iştirakı gücləndirməsinə və hərbi potensialın yaxınlaşdırılmasına diqqət ediblər.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezdentinin mətbuat katibi Dmitri Peskov daha öncə Amerika lideri Barak Obamanın Kremlin Transatlantik birliyi Rusiya hakimiyyətinə təhdid kimi nəzərdən keçirdiyinə dair bəyanatını şərh edib.
Peskovun sözlərinə görə, Rusiya prezidenti dəfələrlə Moskvanın dünyanın bütün ölkələri ilə mehriban və konstuktiv münasibətlər qurduğunu vurğulayıb.
“Kimin kim üçün təhlükə doğurduğuna gəldikdə isə, burada yəqin ki, son bir neçə il ərzində Brüsseldə NATO-nun rəhbər üzvləri tərəfindən məhz Rusiyanın təhlükə kimi nəzərdən keçirildiyi barədə səslənən bəyanatları unutmaq olmaz”, - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
O vurğulayıb ki, bu bəyanatlar sözlə məhdudlanmır.
“Biz, atılan addımları Rusiya sərhədlərində hərbi iştirakı gücləndirməsinə və hərbi potensialın yaxınlaşdırlmasını görürük”, - Peskov deyib.
ABŞ prezidenti Barak Obama aprelin 25-də “CBS News”un efirində Putinin NATO və Avropa İttifaqını Rusiya hakimiyyətinə təhdid kimi gördüyünü bəyan edib.
“Düşünürəm ki, o yanılır. Mən ona güclü, xarici dünyaya istiqamətlənmiş Rusiya ilə işləyən güclü vahid Avropa – bu, doğru reseptdir”, - Obama qeyd edib.