Kreml Gürcü Arzusunun rəhbərliyini Moskvaya dəvət etməyə hazırdır. Moskvanın Gürcü Arzusunun sabahkı parlament seçkilərində qələbəsinə şübhəsi yoxdur.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyanın "Politsatirka” Teleqram kanalı mənbələrə istinadla məlumat yayıb.
"Gürcü Arzusu 2012-ci ildə Gürcüstanda Mixail Saakaşvilinin komandasını məğlub edərək hakimiyyətə gəlib. Partiya antirusiya sanksiyalarına qarşıdır və ümumilikdə Moskva ilə qarşılıqlı əlaqəyə yönəlib. Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbələr bildirirlər ki, görünür, Gürcü Arzusu Gürcüstan cəmiyyətindən hələ də böyük dəstək alır. Ona görə də fövqəladə bir hadisə baş verməsə, indiki idarə heyəti hakimiyyətdə qalacaq. Rusiya rəhbərliyi cari gündəmdə olan bütün məsələlər, o cümlədən Gürcüstana Abxaziya və Cənubi Osetiya ilə münasibətləri normallaşdırmağa kömək etmək üçün Tiflislə fəal qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.
İlk addım Gürcü Arzusu rəhbərliyinin bu il Rusiyaya səfəri ola bilər”, - məlumatda qeyd olunub.
Xəbər 348 dəfə oxunub.