“Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra “qara bazar”dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu parlamentin son iclasında millət vəkili Əli Məsimli deyib.
“Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya restruktizasiya - uyğun variantlar seçilməlidir. Monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək”.
Ə.Məsimli vurğulayıb ki, hökumət dünya bazarında neftin 1 barelinin 25-30 dollara qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bankla bunun üçün iş görməlidir.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq: “Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək".
O. Əsədov bankların kreditlə bağlı probleminə də toxunub: “Bu məsələ planlı şəkildə həyata keçirməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.