Kredit təşkilatının yoxa çıxan işçisi tapıldı - Evinin qarşısında

Kredit təşkilatının yoxa çıxan işçisi tapıldı   - Evinin qarşısında

Bir neçə gündür ki, axtarışda olan Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli tapılıb.

Aktual.az musavat.com-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından birinin itkin düşən əməkdaşı Pərviz Əlibəyli bu gün evinin qarşısına buraxılıb.

Məlumata görə, Pərviz Masallı rayonunun Boradigah qəsəbəsindən olub. O, Bakıda evinin qarşısına gətirilib. O, itkin düşərkən onun üzərində 5 min dollar pul olub.

Qeyd edək ki, Pərviz dekabrın 17-si səhər saat 07:00 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdı. 

Aktual.az

Xəbər 757 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR