Kredit borcu olanların NƏZƏRİNƏ

Kredit borcu olanların   NƏZƏRİNƏ

Banka kredit borcu ilə bağlı zəngi artıq şəxslər yox, xüsusi avadanlıqlar həyata keçirəcək. Kollektor şirkətlərinin işçiləri isə bu üsuldan istifadə etməklə yalnız telefonu açıq olan müştərilərlə danışacaqlar. Mütəxəssislər bildirirlər ki, bu zaman vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər ki, onların hüquqları tapdanmasın.

Aktual.az xəzərxəbər-ə istinadən bildirir ki, banka borcu olan vətəndaşlara artıq şəxslər yox, avtomatik sistemlər zəng edəcək. Bankın və ya kollektor şirkətlərinin işçiləri isə dəstəyi ancaq zəng edilən şəxs açdıqda götürəcəklər.

Bu yeni sistemi Azərbaycanda kollektor, yəni borcları toplamaqla məşğul olan şirkətlərdən biri həyata keçirəcək. Ekspertlər bildirirlər ki, yeni sistem vətəndaşların hüquqlarını pozmadan fəaliyyət göstərərsə, burada qeyri-qanuni heç bir şey yoxdur. Ancaq vətəndaşlar zənglərin gəlmə vaxtına xüsusi diqqət etməlidirlər.

Hüquqşünas Anar Ramazanlı bildirir ki, Azərbaycanda problemli kreditlərin həcminin çox olduğu nəzərə alınarsa, kollektor şirkətlərinin sayının və belə xidmətlərin getdikcə artacağı gözlənilir. Ekspert qonşu Rusiyada kollektor şirkətlərinin borcları toplamaq üçün maraqlı üsullardan istifadə etdiyinə diqqət çəkir.

Avropada fəaliyyət göstərən kollektor şirkətlərinin də borcları toplamaq üçün özlərinə məxsus üsulları var. Məsələn, İspaniyada məşhur kollektor şirkətlərindən birinin işçiləri borcları keşiş paltarında toplayırlar. Mütəxəssislər bildirirlər ki, bu kimi üsullardan bəzilərinin yerli şərait nəzərə alınaraq yaxın zamanda Azərbaycanda da həyata keçirilməsi mümkündür.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR