Yunanıstanın Korfu adasında yerləşən həbsxanadan qaçmaq istəyən bir qrup məhbusun planını ev iti pozub.
Aktual.az xəbər verir ki, yerli sakin avqustun 15-də öz iti ilə həbsxana yaxınlığında gəzərkən, itin qəflətən şübhələnib, dayandığını görüb. İtin sahibi dayanıb, ətrafı diqqətlə dinlədiyi zaman yerin altından səslər gəldiyini eşidib və dərhal polisə xəbər verib.
Polis işçiləri hadisə yerinə gələrək, yerin altında 30 metr uzunluqda tunel olduğunu aşkar ediblər. Həbsxananın tunel qazılan hissəsində uzunmüddətli və ya ömürlük cəzaya məhkum olmuş 20-dən artıq məhbus saxlanılıb.
Qeyd edək ki, həmin həbsxanadan 1966-cı ildə 120-dən artıq məhbus tunel vasitəsi ilə qaça bilib.
“The Guardian” agentliyi bildirir ki, bu tunel hələ Korfu adası ingilislərin nəzarəti altında olduğu zamanlarda (1814-1864 illər) qazılıb. (musavat.com)
Xəbər 414 dəfə oxunub.