Kovaç istefaya göndərilir

Kovaç istefaya göndərilir
  • İDMAN

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndəriləcək.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb "damalılar"ın son görüşlərdə qazandığı uğursuz nəticələrdi.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə edən, ardınca isə Norveçə uduzan (0:2) Xorvatiya yığmasında baş məşqçi ilə futbolçular arasında konflikt yaranıb.

Norveçlə görüşdən sonra futbolçularını tənqid edən Kovaç əvəzində Luka Modriçin narazılığı ilə üzləşmişdi.

Modriç də daxil olmaqla, komanda üzvlərinin Kovaçın tətbiq etdiyi taktikanı bəyənmədikləri iddia edilir.

Xorvatiya yığmasının turnir cədvəlində 3-cü pilləyə düşməsi ölkənin futbol federasiyasının rəhbərliyini də narazı salıb.

Yaxın günlərdə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Kovaçın məhz həmin toplantıda istefaya göndəriləcəyi bildirilir.

/ Aktual.az

Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR