Kosovo - Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşib

Kosovo - Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşib
  • İDMAN

UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovoya bütün ev oyunlarını paytaxt Priştina şəhərindəki Fadil Vokkri stadionunda keçirməyə icazə verib.

"Report"un Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Avropa futbol qurumu bu arenanın yenidən təmir olunduqdan sonra bütün meyarlara cavab verdiyini açıqlayıb. Bununla da UEFA stadiona Millətlər Liqası üçün müvafiq lisenziyanı təqdim edib.  
Kosovo ilk ev oyununu sentyabrın 10-da Farer adaları yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Fadil Vokkri stadionunda növbəti oyun oktyabrın 11-də Malta ilə, noyabrın 20-də isə Azərbaycan yığması ilə olacaq. 
Qeyd edək ki, Kosovo millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda qəbul edib. Kosovo Futbol Federasiyasının mərhum prezidenti Fadil Vokkrinin adını daşıyan stadion 1953-cü ildə tikilib və 13500 tamaşaçı tutumuna malikdir. Burada yerli "Priştina" klubu ev oyunlarını keçirib.
 
Aktual.az
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR