Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi istefa verib

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi istefa verib

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Aktual.az-ın "Report"a istinadən məlumatına görə, V.Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Onun Komissiya Katibliyindən azad olunmasına səbəb 2015-ci ildə V Çağırış Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülməklə deputat seçilməsi olub.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi vəzifəsinə hələ təyinat olmayıb.
Qeyd edək ki, V.Hüseynov parlament seçkilərində 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR