Almatada naməlum şəxs jurnalist və bloqer Bota Jumanovanı amansızcasına döyüb.
Zərərçəkən beyin silkələnməsi də daxil olmaqla müxtəlif xəsarətlər alıb.
Qızın dostlarına istinadən verilən məlumata görə, Jumanovaya hücum axşam saatlarında evinin girəcəyində edilib. Naməlum şəxs arxadan jurnalistə yaxınlaşaraq, başından bir neçə zərbə vurub, bundan sonra yerə yıxaraq təpikləməyə başlayıb. Hücum video müşahidə kameralarına düşüb. Jumanovan tez-tez dövlət orqanlarındakı korrupsiya, iqtisadi problemlər və müxtəlif maliyyə institutlarının işi barədə yazıb.\modernaz
Aktual.az