Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi özünü güllələyib

Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi özünü   güllələyib

İsrailin Korrupsiya və Dələduzluqla Mübarizə İdarəsinin rəisi Efraim Braha özünü güllələyib.

"Report" xəbər verir ki, polis generalı şəxsi avtomobilində intihar edib. 

İstintaqın bir fərziyyəsinə görə, E.Braha üzərində aparılan məhkəmə prosesi ilə bağlı özünə qəsd edə bilər.

Polis əməkdaşı məşhur ravvin Yoşiyahu Pintodan rüşvət almaqda ittiham olunub. Müttəhim ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O bildirib ki, Y.Pinto təhqiqatlar barədə informasiya müqabilində, həqiqətən ona yüz min şekel məbləğində rüşvət təklif edib, lakin o bu puldan imtina edib.

Aktual.az

 
Xəbər 1291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR