2017-ci ildə İtaliyada korporativ verginin dərəcəsi azaldılacaq.
Aktual.az "vergilər.az” saytına istinadla bildirir ki, hazırda İtaliyada korporativ verginin dərəcəsi 27,5 faiz təşkil edir. Bu da qeyri-səmərəli vergi dərəcəsi kimi qiymətləndirilir. Beynəlxalq miqyasda rəqabətədavamlı səviyyəyə nail olmaq üçün gələn ildən bu verginin dərəcəsi 24 faizədək azalacaq.
Ekspertlərin qiymətləndirməsinə əsasən, bu addımın atılması İtaliya büdcəsinə 15 milyard avroya başa gələ bilər. Korporativ verginin dərəcəsinin aşağı salınmasından əlavə, hökumət digər islahatları da həyata keçirməyi planlaşdırıb.
Nəzərdə tutulan islahatların arasında gəlirlər barədə məlumatların könüllü açıqlanması proqramının bərpa edilməsi də var. Bu proqram sayəsində İtaliya büdcəsinə 2,6 milyard avro əlavə vəsait daxil olacağı gözlənilir.
Xəbər 352 dəfə oxunub.