Koronavirusa yoluxan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov xəstəxanadan evə buraxılıb.
Bunu Qaynarinfo-ya açıqlamasında direktorun özü məlumat verib. Həkimlər ona müalicəsinin ev şəraitində davam etdirməsini məsləhət görüb:
"Əsas odur ki, xəstəxanadan çıxmışam. Müalicəmi ev şəraitində davam etdirəcəm və sonra analiz verəcəm. Həkimlər deyir ki, təhlükəni atlatmışam”.
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov koronavirusa yoluxub. Direktor 14 gün Zığ Modul Tipli xəstəxanada müalicə olunub.
Xəbər 1178 dəfə oxunub.