Koronavirusa görə “Eurovision”da problemlər başladı

Koronavirusa görə “Eurovision”da problemlər başladı

"Eurovision" müsabiqəsinin təşkilatçıları olan Avropa yayım birliyinin nümayəndələri yarışmaya qatılacaq ölkələrin iştirakçıları ilə görüşə bilməyəcək.

Aktual.az axşam.az-a istinadən bildirir ki, təşkilat həmkarlarının birində koronavirus aşkar edildikdən sonra onlara səyahət etməyi qadağan edib.
İsveç və İsraildən olan nümayəndələrin də martın 9-da Niderlandın Rotterdam şəhərində nəzərdə tutulan görüşdən imtina etdikləri bildirilib.
İsrailin Səhiyyə Nazirliyi də iştirakçıların müsabiqəyə göndərilməməsini tövsiyə edib.
Qeyd edək ki, şüarı "Open up!" ("Açıl!") olan "Eurovision-2020" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da keçirilməsi planlaşdırılıb.
Xəbər 1178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR