Korlanmış şəkil qoca qarını məşhur və varlı etdi - FOTO

Korlanmış şəkil qoca qarını məşhur və varlı etdi   - FOTO

İspaniyanın Borha şəhərində yaşayan 82 yaşlı təqaüdçü Sesiliya Himenes 1930-cu ildə rəssam Elias Qarsiya Martinesin 1930-cu ildə çəkdiyi "Ecce Homo" ("Bu insandır") frenskasını bərpa etməyə çalışmışdı.


İsa Məsihin əks olunduğu freskanı "bərpa" edən ahıl qarı onu qrotesk şəkilə çevirdi və sonucda bu şəkil sosial şəbəkələrdə ildırım sürəti ilə yayıldı, memə çevrildi, Himenesi məşhur etdi.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, Borha şəhərinin meri Eduardr Arilya freska hesabına gəlir əldə etmək fikrinə düşüb. Bu il şəhərdə freskaya həsr olunmuş sərgi açılacaq. Orada İsa Məsihin gülməli hala salınmış əksi olan fincanlar, futbolkalar və reproduksiyanın yer alacağı digər mallar satılacaq.
Satışdan əldə ediləcək pulların 49 faizi Sesiliya Himenesə veriləcək. Vəsaitin 51 faizi izə xeyriyyə fondunun hesabına köçürüləcək. Bu fond yerli qocalar evinə də yardım edir.
Qocalar evində hazırda 71 ahıl şəxs var ki, onların 15 nəfəri yaşamını təmin edə bilmir.
Sesiliya Himenesə gəldikdə isə, o, korladığı şəkil sayəsində özü də istəmədən varlanıb. O, son üç ildə "müəllif hüququ" ödənişləri qismində 230 min avro alıb.

Xəbər 988 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR