Cənubi Koreyadan olan oxatan Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında ilk dünya rekordunun müəllifi olub.
Aktual.az "Report"a istinadən bildirir ki, Vuin Kim təsnifat mərhələsində kamandan 72 ox atıb və 700 xal toplayıb.
Dördqat dünya çempionu 52 dəfə "onluğ"a düşməyi bacarıb.
Ondan əvvəlki dünya rekordu da cənubi koreyalı idmançıya məxsus idi. İm Ton Xyun Londonda keçirilən Olimpiadada 699 xal toplamışdı.
Kamandan ox atma üzrə kişilərin yarışı avqustun 8-də davam edəcək. Olimpiya çempionunun adına avqustun 12-də aydınlıq gələcək.