Koreya Respublikasının Prezidenti Yun Sok-Yol Peruda APEC sammiti çərçivəsində Çin Sədri Si Szinpinlə görüşdə Pekini təhlükəsizlik sahəsində mühüm tərəfdaş adlandırıb.
Aktual.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
Danışıqlar cümə günü Perunun paytaxtı Limada baş tutub. "Çin bizim bütün - təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və humanitar mübadilə sahələrində sıx əməkdaşlıq etdiyimiz mühüm dövlətdir", - Yun Sok-Yol deyib.. O, Çin ilə qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan "strateji əməkdaşlığın” inkişaf etdiriləcəyinə ümidini ifadə edib.
Cənubi Koreya Prezidenti həmçinin bildirib ki, o, KXDR-in davam edən təxribatlarına, Rusiya-Ukrayna müharibəsinə, və Moskva ilə Pxenyan arasında əməkdaşlığa cavab olaraq "regionda sabitlik və sülhü təmin etmək üçün əməkdaşlığı inkişaf etdirməyə” ümid edir.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti ilə Çin Xalq Respublikasının Sədri 2022-ci ildən sonra ilk dəfə görüşüb.
Xəbər 47 dəfə oxunub.