Kor qadının gözü 20 il sonra açıldı - Yıxılmaqla

Kor qadının gözü 20 il sonra açıldı   - Yıxılmaqla

20 ildən də çox bundan əvvəl - 1995-ci ildə avtomobil qəzasına düşmüş amerikalı qadın Mari Ənn Franko görmə qabiliyyətini itirmişdi. 

Buna səbəb onun onurğa sütununun zədələnməsi olmuşdu. Lakin bu günlərdə Cənubi Floridada yerləşən evində təsadüfən yıxıldıqdan sonra qadın boyun nahiyəsini zədələyib və keçirdiyi cərrahiyyə əməliyyatından sonra görməyə başlayıb. 

Məlumata görə, qadın, sözün əsl mənasında gözlərinə inanmayıb: «Səhər yuxudan durdum və ətrafıma baxdım. Ağacxların arasından Günəşin şüalarını gördüm. Aman Allah, görə bilmək necə də gözəldir». 

Mütəxəssislərin fikrincə, 1995-ci ildə baş vermiş qəzadan sonra qadının onurğa sütununda arteriyalar qismən sıxılıb qalıbmış ki, bu da korluğa səbəb olub.

Neyrocərrahların sözlərinə görə, bu yaxınlarda keçirilmiş əməliyyat zamanı hansısa yolla həmin maneə aradan qalxıb. //Virtualaz.org 



Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR