Sosial şəbəkələrdə "Kontakt Home" mağazalar şəbəkəsinin bağlanması iddiaları yayılıb. Son günlərdə şirkətin Bakıdakı bir neçə filialının bağlanması müştərilərdə də narahatlıq yaradıb və onlar kreditlərinin taleyinin necə olacağını düşünürlər.
Aktual.az xəbər verir ki, məsələ ilə bağlı mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova yayılan iddiaların əsassız olduğunu bildirib.
"İlin əvvəlindən Azərbaycan üzrə 6 yeni mağazamız fəaliyyətə başlayıb, il sonunadək isə daha bir neçə mağazanın açılışı gündəmdədir. Bizim üçün müştərilərin alış-veriş rahatlığı ən əsas prinsiplərdəndir. Ona görə də ünvan olaraq onlara ən uyğun yerlərdə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Hazırda fəaliyyətini dayandıran mağazaları daha böyük və müştərilərimizin gediş-gəlişi üçün daha rahat yeni mağazalarımız əvəz edir. Ona görə, bu tip şayiələrin heç bir əsası yoxdur. Əksinə, Azərbaycanın bütün regionlarında satış nöqtələrimizin açılması hədəfdədir", - o qeyd edib.
Xəbər 186 dəfə oxunub.