Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan Rövşən Canıyevin (Lənkəranski) ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.
Konsulluqdan verilən məlumata görə, azərbaycanlı avtoritet Rövşən Canıyevin ölümü haqda onlara məlumat daxil olmayıb.
İstanbul Şişli Etfal Xəstəxanasından isə əməkdaşımıza bildirilib ki, Rövşən Canıyev hazırda reanimasiya şöbəsindədir: “Onun yaşaması üçün dua edirik”.
Qeyd edək ki, İstanbulda Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
Yerli KİV-də hadisə nəticəsində Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi haqda məlumatlar yayılıb.
Məlumatların bir-birinin ardınca təkzib olunması müəmmalı vəziyyət yaradıb. //AzVision.az