Konsert proqramları təxirə salınıb Heydər Əliyev Mərkəzində

Konsert proqramları təxirə salınıb  Heydər Əliyev Mərkəzində

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb. 

Mərkəzdən verilən xəbərə görə, Muğam Televiziya Müsabiqəsinin final mərhələsinə həsr olunan konsert mayın 29-da keçiriləcək.  

Əməkdar artist Tünzalə Ağayevanın mayın 22-23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti isə mayın 31-də və iyunun 1-də baş tutacaq. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.(APA)

Aktual.az

Xəbər 1831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR